Elm və Təhsil
Məktəbli formasına dair yeni tələb müəyyən edilir
Məktəbli formasına dair tələblərə riayət olunmasının hüquqi müstəvidə təsbit edilir.
Metbuat.az xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklik isə dövlət ümumi təhsil müəssisələrində artıq müəyyən edilmiş geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbit edilməsini nəzərdə tutur.