Hadisə

İsmayıllıda su kanalında batan gəncin meyiti tapıldı

Metbuat.az

İsmayıllıda bədbəxt hadisə baş verib. Rayon sakini, 2003-cü il təvəllüdlü Rəvan Məhərrəmov Şirvan kanalında çimərkən batıb. Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Qubaxəlilli kəndi ərazisində qeydə alınıb.

İlkin verilən məlumata görə, Rəvan Məhərrəmov yaxınları ilə birlikdə ot yığmağa gedib. Daha sonra o, Şirvan kanalına girərək çimmək istəyib və suda gözdən itib.

Hadisə yerinə İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin İsmayıllı rayon üzrə xilasediciləri cəlb olunublar. Hazırda onun meyiti FHN-nin kiçik gəmilərə nəzarət sularda xilasetmə xidmətinin dalğıc-axtatış dəstəsinin köməyilə sudan tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır.

Davud Tarverdiyev / Metbuat.az