Göyçayda müəmmalı itkinlik:
qadın 3 ildir tapılmır
Göyçay rayon Çərəkə kənd sakini, 1955-ci il təvəllüdlü Bəkirova Zümrüd Seyidəbi qızı uzun sürən axtarışların həyata keçirilməsinə baxmayaraq, hələ də tapılmayıb.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, artıq 3 ilə yaxındır ki, Zümrüd Bəkirovadan xəbər yoxdur.
İtkin düşən qadının qızı, fiziki məhdudiyyətli Bəkirova Anna Abil qızının sözlərinə görə, onun anası 13 yanvar 2024-cü il tarixində səhər saatlarında yaşadığı evi tərk edərək, bir daha geri qayıtmayıb. Məlumata görə, itkin düşmüş Zümrüd xanım yaxınlıqda olan kəndlərin birində keçirilən yas mərasimində iştirak edib, oradan çıxdıqdan sonra ondan heç bir xəbər olmayıb.
Onun ailə üzvləri bu barədə Göyçay Rayon Polis Şöbəsinə müraciət ediblər. Qadının tapılması istiqamətində axtarış tədbirləri keçirilməsinə baxmayaraq, ondan heç bir məlumat əldə edilməyib.
İtkin düşən qadının əqli qüsurlu olduğu da bildirilir.
Davud Tarverdiyev / Metbuat.az