Siyasət
Göyçayda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub -
FOTO
Göyçay şəhərində 23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, aparatın əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr və rayonda dövlət qulluğunda çalışan şəxslər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunub.
Rayon İcra Hakimiyyətinin başçısı O.Mürsəlov peşə bayramı münasibətilə kollektivi təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Davud Tarverdiyev / Metbuat.az