Ölkə

Göyçayda 2 tondan artıq çətənə kolu məhv edildi

Metbuat.az

Göyçayda 2 tondan artıq çətənə kolu məhv edilib.

Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Qeyd olunub ki, Göyçayda polis əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 2 ton 300 kiloqram olan 5400 ədəd çətənə kolu məhv edilib.

Davud Tarverdiyev / Metbuat.az