Ölkə

Göyçay güclü yağış və küləkdən sonra -

VİDEO

Metbuat.az

Xəbər verdiyimiz kimi ötən gecə Göyçayda yağan güclü yağış və külək ciddi fəsadlara yol açıb.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, bundan başqa güclü külək rayonun Yeniarx kəndini də tamamilə işıqsız qoyub. Kənd sakinləri bildiriblər ki, təbiət hadisəsi nəticəsində bir neçə fərdi yaşayış evinin və yardımçı tikilililərin dam örtüyünə ziyan dəyib.

Eyni zamanda bir vətəndaşa məxsus eyniadlı kənddə yerləşən restoranın həyətində minik avtomobili irigövdəli ağacların aşması səbəbi ilə zədələnib və restorana o cümlədən, restoranın həyətyanı sahəsinə ciddi ziyanlar dəyib. İlkin verilən məlumata görə, baş vermiş hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır, dəymiş ziyanın həcmi dəqiqləşdirilir.

Davud Tarverdiyev / Metbuat.az