"ESG prinsipləri maliyyə sektoruna inteqrasiya olunur" -
Şahin Mahmudzadə
Azərbaycan Mərkəzi Bankı dayanıqlı və yaşıl maliyyələşmənin inkişafı istiqamətində tədbirləri genişləndirir.
Mətbuat.az xəbər verir ki, bunu AMB-nin icraçı direktoru Şahin Mahmudzadə İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində təşkil olunan Dayanıqlı İnkişaf Məqsədləri dialoqunda bildirib:
"Mərkəzi Bank 2023-cü ildə Dayanıqlı Maliyyə Yol Xəritəsini qəbul edib. Sənəd maliyyə institutlarının potensialının artırılması, normativ boşluqların aradan qaldırılması, ESG risklərinin idarəetmə sistemlərinə inteqrasiyası və bazar intizamının gücləndirilməsi kimi əsas istiqamətləri əhatə edir.Azərbaycan maliyyə bazarının beynəlxalq standartlara uyğunlaşdırılması və yaşıl investisiyaların cəlb edilməsi məqsədilə Milli Yaşıl Maliyyə Taksonomiyası hazırlanıb".
O əlavə edib ki, Mərkəzi Bank tərəfindən ESG prinsiplərinin tətbiqi və iqlim risklərinin idarə olunması üzrə tövsiyələr də qəbul edilib. Apreldə edilən dəyişikliklərlə prudensial və korporativ idarəetmə tələblərinə ESG elementləri daxil olunub.
Gülbəniz Hüseynli / Mətbuat.az