Ən sərt rejimli cəzaçəkmə müəssisəsidir -
FOTO
Rusiyanın Orenburq vilayətində yerləşən “Qara Delfin” həbsxanası ömürlük həbs cəzası alan ən təhlükəli cinayətkarların saxlanıldığı müəssisələrdən biridir.
Metbuat.az bildirir ki, 1745-ci ildən fəaliyyət göstərən bu həbsxana əvvəlcə ömürlük ağır əmək cəzası alan məhbuslar üçün nəzərdə tutulub.
Hazırda “Qara Delfin” həbsxanasında təxminən 700 məhbus saxlanılır. Onlar qətl, terrorizm, azyaşlılara qarşı cinsi zorakılıq və digər ağır cinayətlərə görə ömürlük həbs cəzası çəkirlər.
Məhbuslar üçqat polad qapılarla qorunan kameralarda təcrid olunmuş vəziyyətdə qalırlar. Onlara gündə cəmi 90 dəqiqə xüsusi qəfəsdə gəzməyə icazə verilir. Həbsxanada 24 saat nəzarət sistemi tətbiq edilir. Məhbusların gün ərzində çarpayılarında uzanmasına və ya oturmasına icazə verilmir.
Həmçinin, bura yeni gətirilən məhbusların gözləri bağlanır və onlar həbsxana daxilində xüsusi qaydalarla hərəkət etdirilirlər. Mütəxəssislər bu müəssisəni dünyanın ən sərt təhlükəsizlik rejiminə malik həbsxanalarından biri hesab edirlər.