Dünya

Daha bir ölkədə 6 bal gücündə zəlzələ oldu

Metbuat.az

Yaponiyanın Hönşü adası sahillərində 6 maqnitudalı zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Aomori prefekturasının Haçinohe şəhərindən 70 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 59 kilometr dərinlikdə qeydə alınıb.

İlkin məlumata əsasən, zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.