"Barselona" xəyalı üçün milyonları rədd etdi
"Levante"nin gənc və istedadlı hücumçusu Karl Etta Eyong transferi ilə bağlı qərar qəbul edib.
Metbuat.az xəbər verir ki, 22 yaşlı kamerunlu forvard karyerasını “Barselona”da davam etdirmək istəyir. "Mundo Deportivo" nəşrinin məlumatına görə, Rusiyanın “ÇSKA Moskva” klubu gənc futbolçu üçün transfer təklifi irəli sürüb. Moskva təmsilçisi bu transfer üçün "Levante"yə 30 milyon avro, futbolçunun özünə isə illik 6 milyon avro maaş təklif edib.
Lakin Karl Etta Eyong bu cəlbedici maliyyə şərtlərinə baxmayaraq, rusların təklifini rədd edib. Kamerunlu hücumçu isə menecerləri vasitəsilə öz xidmətlərini Kataloniya nəhənginə təklif edib. Gənc oyunçu "Barselona" heyətində ilk vaxtlar daimi əsas heyət oyunçusu ola bilməyəcək. Lakin o, ehtiyatda qalmağa razıdır.