İqtisadiyyat
"Bank xidmətlərində biometrik texnologiyaların rolu artıb" -
"Visa"
"Azərbaycanda banklar süni intellekt və biometrik texnologiyalara marağı artırır".
Metbuat.az xəbər verir ki, bunu “Visa” beynəlxalq ödəniş şirkətinin Maliyyə Sektoru üzrə Regional Biznesin İnkişafı direktoru Adilxan Mukazxano Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.
Onun sözlərinə görə, süni intellekt və biometrik həllər həm müştəri təcrübəsinin yaxşılaşdırılmasına, həm də maliyyə əməliyyatlarının təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.
“Yaxın illərdə biometrik texnologiyaların tətbiq dairəsi daha da genişlənəcək və onlar maliyyə sektorunda əsas rəqəmsal alətlərdən birinə çevriləcək”, – deyə A.Mukazxano qeyd edib.
Gülbəniz Hüseynli / Metbuat.az