İqtisadiyyat

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi artıb

Metbuat.az

Azərbaycanla Bolqarıstanın ticarət dövriyyəsi bu ilin yanvar-may aylarında 408,9 milyon dollar dəyərində olub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 27,6% çoxdur.

Hesabat dövründə Azərbaycanın Bolqarıstana ixracının dəyəri 391,9 milyon dollar, bu ölkədən idxalının dəyəri isə 16,9 milyon dollar dəyərində olub.