İqtisadiyyat
Azərbaycanda sığorta bazarı böyüyüb
Bu ilin yanvar-may aylarında Azərbaycanda sığorta şirkətinin yığımlarının həcmi 719,3 milyon manat olub.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bu, ötən ilin eyni dövrünə nisbətən 1,8% çoxdır.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 409,6 milyon manat təşkil edib. Bu göstərici illik müqayisədə 30% çoxdur.
Qeyd edək ki, bu dövrdə sığorta bazarının zərərliliyi artıb. Belə ki, ilin ilk beş ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,8 manat olub.