İqtisadiyyat

Azərbaycanda ət qiymətləri sabitləşəcək?

Metbuat.az

Azərbaycanda ət bazarında qiymətlərin sabitləşməsinin istehsalın artırılması və maya dəyərinin azaldılması hesabına təmin olunacağı gözlənilir.

Metbuat.az Kredit.az-a istinadən xəbər verir ki, bu barədə danışan kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyevin sözlərinə görə, əsas məqsəd ət istehsalını və məhsuldarlığı artırmaq, istehsal xərclərini azaltmaqdır. O bildirib ki, maya dəyərinin aşağı salınması bazarda qiymət sabitliyinə müsbət təsir göstərəcək.

Nazir müavini qeyd edib ki, hazırda ölkənin mal əti tələbatının 83,7%-i, qoyun əti tələbatının 94,2%-i, quş əti tələbatının isə 82%-i yerli istehsal hesabına ödənilir.

Z. Əliyev əlavə edib ki, son illərdə qlobal bazarlarda ət qiymətlərinin artmasına logistika və yem xərclərinin yüksəlməsi səbəb olub. Onun sözlərinə görə, yem istehsalında məhsuldarlığın artırılması gələcəkdə ət istehsalının maya dəyərinin azalmasına şərait yaradacaq.