İqtisadiyyat

Azərbaycan pambıq ipliyi istehsalını artırıb

Metbuat.az

Bu ilin yanvar-may aylarında Azərbaycanda 10,7 min ton pambıq ipliyi istehsal edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44 % çoxdur.

Bu il iyunun 1-nə ölkədə 3,1 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 21,8 min ton pambıq ipliyi istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 18,4 % çoxdur.