İqtisadiyyat

Azərbaycan meyvə-tərəvəz ixracını artırıb

Metbuat.az

Bu ilin yanvar-may aylarında Azərbaycandan 354,8 milyon ABŞ dolları məbləğində 294,1 min ton meyvə-tərəvəz ixrac edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, illik müqayisədə dəyər ifadəsində 18,5% çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz ixracı ölkənin ümumi ixracının 2.54%-ni təşkil edib.