İqtisadiyyat

Azərbaycan ət idxalını artıb

Metbuat.az

Bu ilin yanvar-may aylarında Azərbaycan 47,2 milyon dollar dəyərində ət idxal edib. Bu göstərici illik müqayisədə 14,8% çoxdur.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, hesabat dövründə ölkəyə 20,1 min ton ət idxal edilib.

Bu dövrdə ət idxalı Azərbaycanın ümumi idxalının 0,69%-ni təşkil edib.