Aqil Şərifova hökm oxundu
Vətəndaşa qarşı qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Aqil Şərifovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edib.
Prokuror məhkəməyə təqsirləndirilən şəxsin 6 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.
Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib. Daha sonra hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxsə irəli sürülmüş 126.2.4-cü maddəsi 126.1-ci maddəsinə tövsif edilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Qeyd edək ki, 2025-ci ildə Binəqədi rayonu, Çiçək qəsəbə sakini 1999-cu il təvəllüdlü Rüfət İbrahimova şəxsi münasibətlər zəminində kəsici-deşici alətlə xəsarət yetirib.
Aqil Şərifov maşınını qaçırdığına görə qohumunu bıçaqlamaqda təqsirləndirilib.