Ölkə
44 yaşlı kişi küçədə vəfat etdi -
FOTO
Bakıda küçədə halı pisləşən şəxs vəfat edib.
Metbuat.az qafqazinfoya istinadən xəbər verir ki, hadisə Xətai rayonu Nəsirəddin Tusi küçəsində qeydə alınıb.
Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Ramin Şahməmməd oğlu Teymurşahov səhhətinin qəfil pisləşməsi səbəbindən küçədə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.