WUF13
WUF14 bu şəhərdə keçiriləcək
BMT Ümumdünya Şəhərsalma Forumunun 14-cü sessiyası (WUF14) Mexikoda keçiriləcək.
Metbuat.az xəbər verir ki, bu barədə Mexiko şəhərinin meri Klara Bruqada forumun 13-cü sessiyası çərçivəsində keçirilən açılış mərasimində bildirib.
O qeyd edib ki, şəhərin qədim tarixi irsi şəhərsalma və dayanıqlı inkişafla bağlı müzakirələr üçün mühüm baza yaradır.
Mer BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində 100-dən çox ölkədən gələn nümayəndələrin bəşəriyyətin gələcəyi üçün ən prinsipial bir mövzunu müzakirə etdiklərini vurğulayıb.