WUF13

WUF13-də “Türk Evləri” mövzusunda beynəlxalq panel keçiriləcək

Metbuat.az

Türk Mədəniyyəti və İrsi Fondu Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində maraqlı panel müzakirəsinə ev sahibliyi edir.

Metbuat.az xəbər verir ki, Bakıda keçirilən mötəbər beynəlxalq tədbir çərçivəsində təşkil olunacaq panel “İrsdən Dayanılıqlığa doğru: Türk Evləri” mövzusuna həsr olunub. Tədbir Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Tədbirin detalları:

Tarix: 17 may 2026-cı il

Saat: 16:00

Məkan: Bakı Olimpiya Stadionu, Türkiyə Respublikasının pavilyonu

Müzakirələrdə türk dünyasının memarlıq irsi, ənənəvi türk evlərinin müasir şəhərsalmada dayanıqlılıq prinsiplərinə təsiri və bu irsin gələcək nəsillərə ötürülməsi məsələləri diqqət mərkəzində olacaq.