Gündəm

Pensiyalar bu tarixdə ödəniləcək

Metbuat.az

Rayonlarda qeydiyyatda olan pensiyaçıların bu aya aid ödənişlərinin mayın 20-dən gec olmayaraq həyata keçirilməsi nəzərdə tutulur.

Metbuat.az kredit.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu üzrə pensiyaların ödənişi isə mayın 14-də həyata keçiriləcək.

Qurumdan qeyd olunub ki, ödənişlər müəyyən edilmiş qrafikə uyğun şəkildə mərhələli şəkildə təmin edilir.