İlham Əliyev açılış mərasimində çıxış edir -
YENİLƏNİB
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilir.
metbuat.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər.
Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Sessiyada iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar.
Qarşılanma mərasimindən sonra birgə foto çəkdirilib.
Sonra BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən hazırlanmış, WUF13-ün açılışına həsr olunmuş videoçarx nümayiş etdirilib və mədəni proqram təqdim olunub.
Dövlət başçısı tədbirdə çıxış edir.
11:50
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilir.
Metbuat.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.