Siyasət

Hindistan səfiri Azərbaycanı təbrik etdi

Metbuat.az

Hindistan Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfiri Abhay Kumarın "X" sosial şəbəkəsindəki paylaşımında deyilir

"Azərbaycanın hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik! İkitərəfli əlaqələrin daha da güclənəcəyinə ümid edirik".