Siyasət
Fransa səfirliyi Azərbaycanı təbrik etdi
Fransanın Bakıdakı səfirliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Metbuat.az xəbər verir ki, bu barədə səfirlik "X" hesabında paylaşım edib:
"Müstəqillik Günü münasibətilə Fransanın Azərbaycandakı Səfirliyi Azərbaycan xalqına səmimi təbriklərini çatdırır".