Gündəm
Faciəvi şəkildə ölən konsulla vida mərasimi keçirilir
Xəbər verdiyimiz kimi, may ayının 23-də Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə qəzaya düşərək həlak olub.
Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, hazırda mərhumla Göyçay rayon Alxasava kəndində vida mərasimi keçirilir. O, doğulub boya-başa çatdığı Alxasava kənd qəbiristanlığında dəfn olunacaq.
Allah rəhmət etsin!
Davud Tarverdiyev / Metbuat.az