"Azərbaycanın sülh modeli dünya üçün nümunədir" -
Natiq Məmmədli
"Azərbaycan bütün dünyaya nümunə ola biləcək sülh modeli formalaşdırıb".
Metbuat.az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli deyib:
"Cənab Prezident çıxışında haqlı olaraq qeyd edir ki, biz regionda sülhün müəllifiyik. Bu, çox böyük və məsuliyyətli məna daşıyan ifadədir. Azərbaycan regionda sülhü öz gücü, iradəsi və prinsipial mövqeyi ilə təmin edir və bu model artıq dünya üçün nümunəyə çevrilməkdədir".
Natiq Məmmədli qeyd edib ki, Azərbaycanın sürətli və sabit inkişafının əsasında əməli fəaliyyət, dövlətin güclü siyasi iradəsi, cənab Prezidentin qətiyyəti, liderlik bacarığı və uzaqgörən siyasəti dayanır:
"İlham Əliyevin siyasi fəaliyyəti və idarəçilik modeli bir çox dünya siyasi nümunələrindən həm praktiki nəticələrinə, həm də nəzəri əsaslarına görə fərqlənir və özünü real uğurlarla təsdiqləyir".
Gülbəniz Hüseynli \ Mətbuat.az