Azərbaycanda əmlak sığortası bazarı böyüyüb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əmlak sığortası üzrə 88,229 milyon manat sığorta haqqı toplanılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,6 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 14,375 milyonmanat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 7,4 % çoxdur.
4 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 16,3 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 18,9 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 610,216 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən 3,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 304,353 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 31,6 % çoxdur.
Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 39,3 manat olub.