İqtisadiyyat

Azərbaycanda əmlak sığortası bazarı böyüyüb

Metbuat.az

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əmlak sığortası üzrə 65,901 milyon manat sığorta haqqı toplanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,9 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 9,570 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 12,5 % çoxdur.

3 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 14,5 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 16,1 manat olub.

Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 417,753 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 218,456 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 33,2 % çoxdur.

3 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 41,1 manat olub.