Hadisə

Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

Metbuat.az

İrandan Azərbaycana 35 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 35 kiloqram 200 qram narkotik vasitə marixuana və 3000 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.