İqtisadiyyat

Azərbaycan nefti bahalaşdı

Metbuat.az

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,5ABŞ dolları və ya 0,45 % artaraq 110,48ABŞ dolları təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 105,24 ABŞ dolları təşkil edib.