İqtisadiyyat

Azərbaycan bu ölkəyə neft ixracını artırdı

Metbuat.az

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Bolqarıstana 182,3 milyon dollar dəyərində 277,9 min ton neft ixrac edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb

Bu, dəyər baxımından illik müqayisədə 3,8 dəfə çoxdur.

Əlavə edək ki, hesabat dövründə iki ölkə arasında ticarət dövriyyəsi 344,9 milyon dollar təşkil edib.