Elm və Təhsil

ATU-da yüksək vəzifəyə təyinat

Metbuat.az

Azərbaycan Texnologiya Universitetinə (ATU) yeni prorektor təyin edilib.

Metbuat.az xəbər verir ki, bu barədə univeristet məlumat yayıb.

Belə ki, Əliyev Ramin ATU-nun ümumi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib.

O buna qədər Azərbaycan Dövlət Aqrar Universitetinin ümumi işlər üzrə prorektoru vəzifəsində çalışıb.