İqtisadiyyat

Naxçıvanda bank əmanətləri artdı

Metbuat.az

Bu il martın 1-nə Naxçıvan Muxtar Respublikasında əhalinin banklarda 40,7milyon manat əmanəti olub.

Metbuat.az xəbər verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, ötən il martın 1-nə nisbətən 45,4 % çoxdur.

Əmanətlərin 94 %-i milli, 6 %-i xarici valyutada qoyulub. Ötən ilin eyni dövrü ilə müqayisədə milli valyutada olan əmanətlərin məbləği 46,2 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 34 % artıb.