Mesajları oxumağa ehtiyac qalmadı -
“WhatsApp”da yenilik
“WhatsApp” yeni funksiya üzərində işləyir.
Metbuat.az xəbər verir ki, yenilik xüsusilə çox mesaj alanlar üçün nəzərdə tutulub. Bildirilir ki, yeni funksiya tətbiqə daxil olduqda oxunmamış mesajları avtomatik şəkildə xülasə edəcək. Bu sistem süni intellekt dəstəyi ilə işləyəcək və Meta AI texnologiyasından istifadə olunacaq. Məlumata görə, istifadəçilər “xülasə al” bölməsinə toxunaraq bütün oxunmamış mesajların qısa məzmununu görə biləcəklər. Beləliklə, mesajları tək-tək oxumağa ehtiyac qalmayacaq.
Bildirilir ki, funksiya yalnız oxunmamış mesajlar olduqda aktiv olacaq. Xülasə istifadəçiyə mesajların ən vacib hissələrini təqdim edəcək. Hazırda bu yenilik iOS beta versiyasında test mərhələsindədir. Meta bu funksiyada məlumatların təhlükəsizliyini qoruyan xüsusi texnologiyadan istifadə etdiyini bildirib.