Kapital Bank enerji effektivliyi layihələrinin maliyyələşdirilməsini genişləndirir
Ölkənin birinci bankı Kapital Bank dayanıqlı inkişaf və yaşıl maliyyələşmə istiqamətində fəaliyyətini davam etdirir.
Metbuat.az xəbər verir ki, bu məqsədlə bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədi EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə imzalayıblar.
Tərəflər enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditlərin verilməsi və şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinin monitorinq qaydası, geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının agentlik qarşısında hesabatlılığına dair münasibətlərin tənzimlənməsi barədə razılığa gəliblər.
Samir Axundov çıxışında ölkənin aparıcı bankları ilə imzalanan bu müqavilənin verəcəyi töhfələri vurğulayıb. O, Kapital Bank-la 2018-ci ildən etibarən tərəfdaşlığın mövcud olduğunu diqqətə çatdıraraq, yeni istiqamətdə əməkdaşlığın da uğurlu olacağına əminliyini ifadə edib.
Fərid Hidayətzadə isə çıxışında yaşıl layihələrin maliyyələşdirilməsinin Kapital Bank üçün prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. O bildirib ki, bu çərçivədə sahibkarlara yaşıl kreditlər təqdim olunur, günəş panelləri və elektrikli avtomobillər üçün şarj məntəqələri kimi layihələr dəstəklənir. Həmçinin, EMTA ilə imzalanan əməkdaşlıq müqaviləsinin güzəştli maliyyələşdirmənin genişləndirilməsinə xidmət etməklə yanaşı, resurslardan daha səmərəli istifadəyə və yaşıl iqtisadiyyatın inkişafına töhfə verəcəyi qeyd olunub.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi - 114 filial və 53 şöbə ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.