Maraqlı

​Dostları həmişə bu bürclərə xəyanət edir

Metbuat.az

Elə bürclər var ki, onların dost sarıdan bəxti heç də gətirmir. Nə qədər səmimi və sədaqətli olsalar da, qarşı tərəfdən eyni münasibəti görə bilmirlər. Bəzən ən yaxın bildikləri insanlar belə onları yarı yolda qoyur. Astrologiyaya görə, bunun səbəbi həmin bürclərin başqalarına həddindən artıq güvənməsi və həssas olması ilə bağlıdır.

Metbuat.az dostlarının hər fürsətdə xəyanət etdiyi 5 bürcü təqdim edir:

Balıqlar

Balıqlar çox emosional və saf qəlbli olur. Onlar dostlarına ürəkdən bağlanır və heç vaxt pislik gözləmirlər. Məhz bu səbəbdən tez-tez aldanırlar. İnsanlara tez inanmaqları onların ən zəif nöqtəsidir. Bu üzdən tez-tez dost dedikləri adamların xəyanəti ilə üzləşirlər.

Xərçəng

Xərçənglər dostluğa böyük dəyər verir və hər zaman dəstək olmağa çalışır. Lakin bu yaxşı niyyət çox vaxt sui-istifadə olunur. Onlar xəyanəti çox ağır qəbul edir və uzun müddət unuda bilmirlər. Buna baxmayaraq, yenə də insanlara şans verməkdən çəkinmirlər. Bu nəcib xüsusiyyət çox vaxt onlara baha başa gəlir.

Tərəzi

Tərəzilər hər kəslə yaxşı münasibət qurmağa çalışır. Münaqişədən qaçdıqları üçün bəzən həqiqətləri görməzdən gəlirlər. Bu da onların yanlış insanlara güvənməsinə səbəb olur. Nəticədə dostluqda məyusluq yaşayırlar.

Oxatan

Oxatanlar açıq və səmimi olduqları üçün hər kəslə tez yaxınlaşırlar. Amma hər kəs onlar kimi dürüst olmur. Bu səbəbdən tez-tez xəyanətlə üzləşirlər. Onlar bunu tez unutsa da, eyni səhvi təkrarlaya bilirlər. Belə demək mümkündürsə, oxatanlar səhvlərindən nəticə çıxara bilmirlər.

Qız

Qız bürcü insanları güvəndikləri insana tam bağlanırlar. Lakin gözləntiləri yüksək olduğu üçün tez məyus olurlar. Dostlarının kiçik səhvləri belə onlar üçün böyük xəyanət kimi görünə bilər. Bu da münasibətlərin pozulmasına səbəb olur. Qızları aldatmaq asandır. Bəzən sadəlövh sayılacaq qədər səmimi olurlar.