Gündəm
Burak Yılmazın yerinə sürpriz ad -
FOTO
Türkiyənin "Qaziantep" futbol klubunun sabiq baş məşqçisi Burak Yılmazın istefasından sonra rəhbərlik yeni namizəd üzərində dayanıb.
Metbuat.az yerli mediaya istinadən xəbər verir ki, əvvəlcə rumıniyalı mütəxəssis Marius Șumudica ilə danışıqlar aparıldığı bildirilsə də, klub başqa bir məşqçi ilə razılığa gəlib.
İddialara görə, Qaziantep təmsilçisi Mirel Radoi ilə prinsipial razılıq əldə edib. 45 yaşlı mütəxəssislə 2027-ci ilin iyun ayınadək müqavilə imzalanacağı qeyd olunur.
Bildirilir ki, hazırda FCSB klubunu çalışdıran Radoi bu gün keçiriləcək oyundan sonra Türkiyəyə gələrək yeni vəzifəsinə başlayacaq.