Gündəm
Bakı metrosunun fəaliyyəti nə vaxt bərpa ediləcək?
"Bakı Metropoliteni" QSC-nin "Qara Qarayev–Nərimanov" mənzilində hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
Metbuat.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.
"Yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək. Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik", - məlumatda qeyd olunub.