İqtisadiyyat

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi azaldı

Metbuat.az

Azərbaycanın İsrail ilə ticarət dövriyyəsi bu ilin yanvar-mart aylarında 15 milyon dollar təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3% azdır.

Hesabat dövründə ölkədən İsrailə ixrac 5 milyon dollar təşkil edib. Azərbaycanın bu ölkədən idxalının dəyəri isə 9,9 milyon dollar olub.