İqtisadiyyat
Azərbaycanda qənnadı məmulatların istehsalı artdı
Bu ilin yanvar-fevral aylarında ölkədə 1 549,2 ton şəkərli qənnadı məmulatları istehsal olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 14,1 faiz artıb. 2026-cı ilin mart ayının 1-nə hazır məhsul ehtiyatı 90,1 min ton təşkil edib.