İqtisadiyyat
Azərbaycan əhəng daşı istehsalını artırdı
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 127,3 min ton inşaat üçün əhəng daşı istehsal edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,3 % çoxdur.
Təkcə martda isə ölkədə 32,6 min ton inşaat üçün əhəng daşı istehsal edilib. Bu isə bir il əvvəlki göstəricidən 63 % çoxdur.
2025-ci ildə Azərbaycanda 309 min ton inşaat üçün əhəng daşı istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 59 % azdır.