Dünya
Türkiyədə avtobus aşdı -
Ölən və yaralanan var
Türkiyənin Adana vilayətində sərnişin avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, Kozan rayonunda avtobus aşıb. Nəticədə 2 sərnişin ölüb, daha 19 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Hadisənin səbəbləri araşdırılır.