Siyasət

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu

Metbuat.az

Ermənistan parlamentinin sədri Alen Simonyan "Qarabağ" əvəzinə "Artsax" sözünü işlədən jurnalistə sərt cavab verib .

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat verilib.

"Niyə "Artsax" deyirsiniz? Bəs kimsə Ermənistanın bəzi ərazilərinə Azərbaycan adları verəndə niyə əsəbiləşirsiniz?" - deyə spiker media nümayəndələrinə iradını bildirib.