Maraqlı

Pişiklərlə bağlı yeni qanun qəbul etdilər

Metbuat.az

İsveçdə qəbul edilən yeni qərara əsasən, pişiklərin gün ərzində uzun müddət nəzarətsiz və tək saxlanılması qadağan olunub.

Metbuat.az-ın məlumatına görə, yeni qaydalara əsasən, pişik sahibləri heyvanların gündə ən azı iki dəfə qulluğunu təmin etməlidirlər.

Belə ki, pişiklərin yem, su və digər əsas ehtiyacları gün ərzində mütəmadi şəkildə qarşılanmalıdır. Səlahiyyətli qurumlar bildiriblər ki, gündəlik baxımın gecikdirilməsi və ya heyvanın gün boyu nəzarətsiz qalması qanun pozuntusu hesab ediləcək.

Yeni qaydalar yalnız onları tək qoymamaqla da məhdudlaşmır. Pişiklərin yaşadığı məkanlarda cırmaqlama taxtası, hündür istirahət yerləri və onların aktivliyini artıran vasitələrin olması da məcburi olacaq. Bununla da heyvanların yaşayış mühitinin müəyyən standartlara cavab verməsi tələb olunur.

Qeyd edilib ki, qaydalara əməl etməyən şəxslər cərimə oluna bilərlər. Pozuntunun xarakterindən asılı olaraq daha ağır sanksiyaların tətbiqi də istisna edilmir.

Sevinc İbrahimzadə / Metbuat.az