Ölkə
Müəllim qətlə yetirilib -
FOTO
Hövsan qəsəbəsində müəllim qətlə yetirilib.
Metbuat.az-ın məlumatına görə, 1990-cı il təvəllüdlü Abbasova Pərvanə İslam qızı səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qadının qətlində həyat yoldaşı, 43 yaşlı Abbasov Vasif Zahid oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Hazırda faktla araşdırma aparılır.
Qeyd edək ki, iki uşaq anası P. Abbasova Hövsan qəsəbəsində yerləşən 118 nömrəli tam orta məktəbdə informatika müəllimi kimi fəaliyyət göstərirdi.
Sevinc İbrahimzadə / Metbuat.az