Gündəm

Laricani Azərbaycana olan münasibətini açıqladı

Metbuat.az

"Azərbaycanla heç bir problemimiz yoxdur".

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bunu İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.

“Lakin İrana qarşı hər hansı plan və ya uçuşlar həmin ölkədən həyata keçirilərsə, biz cavab verəcəyik”, - o bildirib.

Qeyd edək ki, martın 5-də İrandan 4 ədəd PUA vasitəsilə Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücum həyata keçirilib.