Gündəm
İsraildə yaralıların sayı açıqlandı
İranın zərbələri nəticəsində İsraildə son 24 saat ərzində 204 nəfər yaralanıb.
Metbuat.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaralananlardan 120-si hazırda xəstəxanalarda yerləşdirilib, onlardan 12 nəfərin vəziyyəti ağırdır. 27 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Qeyd edək ki, İsraildə fevralın 28-dən bəri İranın zərbələri nəticəsində 5 045 nəfər yaralanıb.