Dünya

İsrail ABŞ-İran danışıqlarında iştirak etmir

Metbuat.az

İsrail ABŞ və İran arasında mümkün danışıqlarda birbaşa iştirak etmir.

Metbuat.az xəbər verir ki, bu barədə "Semafor" portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, danışıqlarda ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşner iştirak edir, zərurət yaranacağı halda vitse-prezident Cey Di Vens də prosesə qoşula bilər.

Bildirilib ki, İsrail bu prosesdə iştirak etməsə də, Vaşinqtondan müvafiq məlumatlar alır.