Gündəm
İranın yeni Ali Rəhbəri xalqa müraciət etdi -
VİDEO
Müctəba Xamenei İranın yeni Ali Lideri kimi xalqa ilk müraciətini edib.
Metbuat.az xəbər verir ki, o, müraciətində İranın hazırda çətin dövrdən keçdiyini bildirərək ölkənin mübarizə yolunu davam etdirəcəyini vurğulayıb.
“Çətinliklər qarşısında möhkəm dayanan böyük, cəsur və şərəfli İran xalqına salam olsun. Bu gün biz liderlik etibarı yolunda davam edəcəyimizə söz veririk və şəhidlərimizin yolu ilə irəliləyəcəyik”, – deyə o qeyd edib.
Müctəba Xamenei çıxışında İranın əsas dəyərlərini qorumağa davam edəcəklərini də bildirib: “Biz şərəf, ləyaqət, azadlıq və qüruru müdafiə edirik”.